media-photo_5357200957453832495_x
media-bant_master

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq Rusiyadan ona edilən bütün dəvətləri məmnuniyyətlə qəbul edərək, Kreml sahibi Vladimir Putinlə görüş və müzakirələrdən yayınmır.

Bunu ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O deyib ki, Paşinyanın bu görüşlərə və müzakirələr ehtiyacı var.

“Halbuki, baş nazir Ermənistanda verdiyi açıqlamalarda ölkəsinin üzləşdiyi bəlalarda birbaşa və dolayı yolla Rusiyanı günahlandırır. Buna baxmayaraq, Paşinyan Kremllə dialoqdan qopmamağa çalışır”, – deyə o əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan yaxşı anlayır ki, Kreml və onun ətrafındakı şovinist dairələr Ermənistandakı radikallardan tutmuş kilsəyə qədər olan qüvvələri dəstəkləyir:

“Ancaq Paşinyan həmin qüvvələrlə mübarizə aparmaqla yanaşı, Kremli ona qarşı daha təxribatçı fəaliyyətlərdən yayındırmağa çalışır. Buna görə də, Paşinyan hər dəfəsində Moskva və Sankt-Peterburqdakı tədbirlərdə iştirak edir və Rusiyaya ayaq basan kimi sosial platformasında qaldığı otellərdən müxtəlif görüntülər paylaşır. Paşinyanın bu siyasətinin Kremldəkiləri məmnun etdiyini söyləmək çətindir”.

Vural


media-adspc

Bənzər xəbərlər