media-19

Ermənistanın lideri Paşinyan “üstündən barıt qoxusu çəkilməmiş”, iyunun 8-də Parlamentdəki çıxışı zamanı Avropa İttifaqı ilə (Aİ) yaxınlaşma kursunu davam etdirəcəyini, Ermənistan və Türkiyə ilə başlamış sülh danışıqlarının məntiqi sonluğuna qədər davam etdiriləcəyini bəyan edib.

ERAmedia bildirir ki, Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov bu fikirləri Ermənistanda keçirilən yeni parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

O, həmçinin ölkəsinin obyektiv olaraq hələlik Avropa İttifaqının üzvü olmağa hazır olmadığını, seçim qaçılmaz olana qədər Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcəyini billdirərək hələlik Rusiya və Aİ arasındakı balansı qoruyub saxlamağa çalışır: “Yerevanın Qərbə tərəf yönəlməsi fonunda Moskva ilə münasibətlərin daha da soyuyacağı seçkilərdən əvvəl məlum idi və Rusiya Federasiyası artıq Ermənistan məhsullarının- alkoqol, gül, balıq idxalına ciddi məhdudiyyətlər tətbiq etmişdi. Buna baxmayaraq, Paşinyan parlamentdəki görüşü zamanı “Kreml ilə institusional əlaqələri qoruyub saxlamağa çalışdığını” və “Vladimir Putinlə görüş planlaşdırdığını” bildirib. Bu, bir növ Paşinyanın qısa da olsa, qərar qəbul etməsi üçün ideal vaxtqazanma fürsətidir”

Ekspert, seçkilərin Ermənistan cəmiyyətində parçalanma yaratdığı qənaətindədir və qazanılan qələbənin onun cəmiyyət tərəfindən tam dəstəklənməsi demək olmadığı qənaətindədir. Məsələn, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku (23,29% səs) başda olmaqla müxalifətin güclü mövqelərini qoruduğunu, hakimiyyətə təzyiq etməyə davam edəcəyini xatırldan Firuz Novruzov ölkədə “Müharibə, yoxsa sülh” dilemmasının qaldığını bildirir: “Bu faktın mövcudluğu Paşinyanın hakimiyyətdə qalmasının ilkin vaxtlar üçün sakit keçməyəcəyini desə də, Azərbaycanla sülh danışıqları və sərhədlərin delimitasiyası üzrə mövcud kursun davam etdirilməsi istəyi, 2026-cı ilin may ayında ABŞ ilə imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası Vaşinqton və Brüsselin regionda iqtisadi və siyasi mövcudluğunu gücləndirəcəyinə işarə edir”.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər