media-videoedited
media-3
media-shehidler_olmez_baner_full
Yazıçı-publisist, naşir, qalmaqallı Kreml təbliğatçısı, müxtəlif dövlət mükafatlarını və bu ilin fevralında Rusiya Federasiyasının Əmək Qəhrəmanı adını alan 87 yaşlı Aleksandr Proxanov 2 il əvvəl yazdığl “Lemner” romanınına görə Vladimir Putinin hədəfinə gəlib.
media-proxanov
“Vaqner” özəl hərbi şirkətini yaradana qədər “Putinin aşbazı” kimi tanınan, Ukrayna ilə işğalçılıq müharibəsinin nəinki qatı tərəfdarı, hətta özəl şirkəti ilə bərabər iştirakçısı olan Priqojinin baş qəhrəmanı olduğu romanın yazıçını bitirəcəyinə az adam şübhə edir.
Ən azından, Priqojinin əsas personajı olduğu “Lemner” romanının çapdan çıxan nüxsələrinin yığışdırılması belə bir bədbin proqnoz üçün əsas verir.
Putinin hakimiyyətdə olduğu 25 ildə ona qarşı ilk silahlı qiyamı Priqojin qaldırıb. Bu, bir tərəfə.
Tənqidçilər Puşkin, Lermantov və Dostoyevskini “aradabir vərəqləyən” müasir çara roman barədə müfəssəl məlumatlar verildiyindən şübhələnirlər. Romanda isə Leonid Leonidoviç Troyevidov kimi təsvir edilən Rusiya prezidentinin kabinetində düşmənlərin cəsədlərini saxladığı, bakirə qızların qanı ilə ziyafət verdiyi təsvir edilir.
Bir ay əvvəl Pekində Çin lideri Si Tsinpinlə “mərhəm söhbətinə görə” dünyada gündəm olan Putinin prototipi romanda belə təqdim olunur: “Ayda bir dəfə Leonid Troedidov qanını tamamilə dəyişərək cavanlaşırdı. Ona Pekindən çəhrayı zəlilərlə dolu çini vaza göndərilirdi. Bu zəlilər çinli bakirə qızların qanı ilə doymuşdu. Zəlilər onun bədəninə yapışır, yorğun qanını içir və ona öpüşlər kimi zərif təzə zəli ləzzəti yaşadırdılar”.
Proxanov isə israrla izah etməyə çalışır ki, romandan götürülən nümunələr kontekstdən çıxarılaraq təqdim olunur: “İctimai mövqeyim aydındır: mən dövlətçiyəm və bədxahlar dövlətin qəzəbini roman müəllifinin üzərinə yönəltmək istəyirlər”.
Etiraf edək ki, yazıçı açıqlamasında səmimi deyil və bunu romanda prototipinin təqdimatı da təsdiq edir: “Prezident Leonid Leonidoviç Troyevidov sağlamlığının qeydinə qalırdı. O, xizək sürür, gecə xokkeyi oynayır, tayqa çaylarında balıq tutur, bədii gimnastikadan həzz alırdı. Düzdür, o, bunu olimpiya proqramına uyğun olaraq, xüsusi üsulla edirdi”.
Eycə Vladimir Putin üçün xarakterik xüsusiyyətlər sadalanmırmı?
“Beşinci İmperiya” ideyasının müəllifi kimi tanınan Proxanov bunlardan əlavə ölkəsində və onun sərhədlərindən kənarda bu fikirlərinə görə tanınır: “Rusiya uğurlu və müstəqil dövlət kimi ancaq imperiya olaraq mövcudluğunu qoruya bilər”.
O, hələ də “Beşinci imperiya”, “Beşinci imperiya simfoniyası” və “Beşinci imperiyanın texnologiyaları” əsərlərində həmin ideologiyanın əsaslarını yaratdığı qənaətindədir və buna görə fəxr edir.
O, liberal demokratiyanın nəinki tənqidçisi, hətta düşməni kimi tanınır və çoxları bunu onun vətənpərvərliyi kimi yozur.

Nə cür yozulmasından asılı olmayaraq vaxtı ilə “peyğəmbər” adlandırdığı Putin onun “vətənpərvərliyi”nə qiymət vermək məqmının çatdığı qənətindədir.

Ağlıma gəldi ki, “Vətənpərvərlik əclafların son sığınacağıdır”- ifadəsini xatırladım. İngilis yazıçısı və tənqidçisi Samuel Consonun 1775-ci ildə London Ədəbiyyat Dərnəyində dediyi fikirləri hər birimizə kimlərisə xatırlada bilər.

Firuz NOVRUZOV,
Jurnalist-publisist

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər