media-videoedited
media-1760298927_1760295328_5431380213792636565
media-shehidler_olmez_baner_full

Bakı-Qazax magistralında nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.

ERAmedia-nın məlumatına görə, tıxac xüsusilə Hacıqabul rayonu ərazisində daha ağır hiss edilir. Sürücülər bildirirlər ki, bəzi hissələrdə avtomobillər uzun müddət hərəkətsiz qalıb.

Təmir işləri ilə əlaqədar olaraq həm Bakı istiqamətindən gələn, həm də paytaxtdan çıxan avtomobillər yolun yalnız bir hissəsindən istifadə etmək məcburiyyətində qalıblar.

Bu da nəqliyyatın intensivliyini artırıb və yolda uzun növbələrin yaranmasına səbəb olub.

BDYP-dən bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci km-dən 104-cü km-ə qədər aidiyyəti qurum tərəfindən təmir işləri gedir. Hazırda sözügedən ərazidə BDYP-nin stasionar postun əməkdaşları tərəfindən hərəkət tənzimlənir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər