media-17842671634628722970_1200x630

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud svetofor obyektləri təkmilləşdirilib.

ERAmedia-ya bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəz tərəfindən həyata keçirilən işlər çərçivəsində kəsişmədə 2 ədəd yeni piyada dirəyi və piyada işıqforu quraşdırılıb. Eyni zamanda, mövcud dirəklərə 2 ədəd yeni piyada bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeni piyada işıqforlarının quraşdırılması Atatürk və Ayna Sultanova parkları arasındakı, həmçinin parkdan digər obyektlərə keçidin piyadalar üçün daha təhlükəsiz və rahat olmasını təmin edib.


media-adspc

Bənzər xəbərlər