media-763418020_18331363852248335_5024737010418568980_n

Bakı şəhərinin 12 inzibati rayonu üzrə genişmiqyaslı yol təmiri işləri davam etdirilir.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, təmir işləri ümumilikdə 110-a yaxın küçə və prospekti, 800 min m²-dən çox yol sahəsini əhatə edir:

“Hazırda 20-yə yaxın küçə və prospektdə işlər tamamlanıb, 10-a yaxın küçədə təmir davam edir. Digər yol sahələri isə mərhələli şəkildə yenilənəcək.

Yay aylarında nəqliyyat intensivliyinin azalması işlərin daha operativ və səmərəli şəkildə icrasına şərait yaradır.

Yenilənən yol infrastrukturu daha rahat gediş-gəlişə, təhlükəsiz hərəkətə və keyfiyyətli yol örtüyünün formalaşmasına xidmət edir.

Yol infrastrukturu sahəsində həyata keçirilən işlər barədə yenilikləri rəsmi sosial media hesablarımızdan izləyə bilərsiniz”.


media-adspc

Bənzər xəbərlər