media-videoedited
media-image_940x_674337703b77e
media-shehidler_olmez_baner_full

Paytaxt Bakının Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq.

ERAmedia xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata əsasən, Nəsimi rayonunda bəzi ərazilərdə elektrik enerjisinin keyfiyyətini artırmaq məqsədilə təmir işləri aparılacaq. Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən həyata keçiriləcək işlər 27 sentyabr gecəsi, saat 02:00 – 03:00 aralığında planlaşdırılıb.

Bu müddət ərzində Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisində müvəqqəti fasilələr olacaq.

Təmir işləri tamamlandıqdan sonra sakinlər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər