media-ads-728x90
media-1738202561_1734984450_qazzz
media-ads-728x90

Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şam və siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 5-i saat 10:00-dan etibarən bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq.

ERAmedia xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Səngəçal qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi Y.Əliyev, B.Bünyatov, İ.Anaşkin, Əməkçi küçələrinin və N.İsmayılov prospektinin bir hissəsinin, Maştağa qəsəbəsinin isə X.Səfərəliyev, M.Hüseynzadə, M.Şəfai, G.Əsgərova, H.Zərdabi küçələrinin, Yasamal rayonu üzrə M.Seyidov və H.Zərdabi küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan, Bahar, Dədə Qorqud qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


media-ads-728x90

Bənzər xəbərlər