media-videoedited
media-news_20191025105034
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Paytaxt Bakının iki rayonunda təbii qazın verilişində fasilə yaranacaq.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edən qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar sentyabrın 16-sı saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazi və Əli İsazadə küçəsi, həmçinin Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndində qaz təchizatında fasilə yaranacaq.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər