Paytaxtın bu küçələri bağlı olacaq
Aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 07:00-dan etibarən Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
ERAmedia xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Həmin küçələr aşağıdakılardır:
Abdulla Rəhimov küçəsi;
İlqar Abbasov küçəsi;
Həzi Aslanov küçəsi.
Təmir səbəbilə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.









