media-whatsapp_image_2025_10_01_at_185412_1759330463
media-bant_master

Bazar ertəsi Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

ERAmedia bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Suraxanı rayonunda orta təzyiqli qaz xəttindən ayrılan, istismarda olmayan borunun ləğv olunması və aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Hövsan kəndinin, M.Əliyev və Zeytun küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


media-adspc

Bənzər xəbərlər