Paytaxtın bu yolunun hərəkətində dəyişiklik edilib, yeni işıqforlar quraşdırılıb
Binəqədi rayonunun Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.
ERAmedia-ya bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirlib ki, NİİM tərəfindən quraşdırılaraq istifadəyə verilən yeni işıqforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.









