media-17836023124374519594_1200x630

Bakı şəhərində vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təmir-tikinti işləri davam etdirilir.

ERAmedia-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, həyata keçirilən kompleks və təxirəsalınmaz tədbirlər çərçivəsində paytaxtın iki yol sahəsində təmir işləri yekunlaşdırılıb. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov və Ceyhun Hacıbəyli küçələri arasındakı hissəsində, eləcə də Xan Şuşinski küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsindən Vaqif prospektinədək olan hissəsində təmir işləri başa çatdırılıb.

Hazırda isə paytaxtın daha dörd yol sahəsində təmir işləri davam etdirilir. Bunlar Qara Qarayev prospektinin yan yolunun Naxçıvanski, Bəhruz Nuriyev və Rüstəmov küçələri arasındakı hissəsi, Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinədək və Səməd Vurğun Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissələri, Nazim Hikmət küçəsinin Asif Məhərrəmov Şərifzadə küçəsindən Həsən bəy Zərdabi və Mətbuat prospektləri istiqamətindəki hissəsi, həmçinin Sənan Abdullayev küçəsində (Baksol yolu) aparılan təmir işləridir.

Yol təmiri işləri mərhələli şəkildə davam etdirilir və işlər başa çatdıqdan sonra həmin ərazilərdə nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər