media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-o_1h8m7hm591pmd31j3hf1ba51nrof
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılacaq.

AYNA-dan ERAmedia-ya bildirilib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada istifadə edilən avtobusların sayı 1780 ədəd, 2023-cü ildə 2011 ədəd, 2024-ci ildə isə 2180 ədəd olub. Hazırda paytaxtda sərnişindaşımada 2200 avtobus istismar edilir.

Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib. Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.

Bu il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.

Sərnişinlərin mənzilbaşına daha rahat və sürətli çatdırılmasını təmin etmək məqsədilə avtobuslar xüsusi hərəkət zolaqları ilə hərəkət edir. Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb.

Qeyd edək ki, müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir, avtobus parkı yenilənir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılması təmin edilir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər