Pendir çubuqları
- DADLI TAM İLƏ
Süd – 250 ml
Kərə yağı – 80 q
Un – 120 q
Toyuq yumurtası – 3 ədəd
Yarımsərt pendir – 120 q
Küncüt toxumu – 1 çay qaşığı
Duz – bir çimdik
Hazırlanması:
Sobanı 200 dərəcəyə qədər qızdırın. Kərə yağı və südü bir qazanda qarışdırın və qaynadın.
Qaynayan süd və yağ qarışığına bir çimdik duz və un əlavə edin. Xəmir top halına gələnə və qazanın kənarlarından ayrılmağa başlayana qədər daim qarışdırın.
Xəmirin bir az soyumasına icazə verin. Sonra hamar olana qədər bir-bir yumurta çalın. Pendiri xırda sürtgəcdən keçirin və xəmirə əlavə edin. Çubuqları xəmir torbasından istifadə edərək soba qabına qoyun. Küncüt toxumu səpin. 20-25 dəqiqə bişirin.
Tamilla Manaf










