Pendirli toyuq köftələri
- Dadlı TAM İLƏ
PENDİRLİ TOYUQ KÖFTƏLƏRİ
500 q toyuq filesi
1 yumurta
1/2 orta boy soğan
duz, istiot və zövqə görə sevdiyiniz ədviyyatlar (quru sarımsaqla dadlıdır)
1-1.5 xörək qaşığı yumşaq kəsmik
2 xörək qaşığı düyü və ya qarğıdalı unu (və ya qarğıdalı nişastası)
60 q bərk pendir
isteye bağlı göyərtilər (keşnişlə dadlıdır)
Hazırlanması:
Fileni kiçik kubiklərə doğrayın, soğanı xırda doğrayın. Soğanı bir damcı yağda qızılı rəngdə olana qədər qızardın.
Pendiri sürtgəcdən keçirin, göyərtiləri doğrayın, qalan bütün inqrediyentləri fileyə əlavə edin, duz və istiotla dadlandırın və yaxşıca qarışdırın.
Nəm əllərlə (qalınlığı 1 sm-dən çox olmayan) kotletlər düzəldin və əvvəlcədən qızdırılmış yapışmayan tavaya, hər iki tərəfini örtüb vam odda qoyun.NUŞ OLSUN!
Tamilla Manaf










