Pentaqon İrana mümkün zərbələrlə bağlı planlar hazırlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana mümkün zərbələrlə bağlı planlar hazırlayıb.
ERAmedia xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə Virciniya ştatındakı qolf klubunda müşavirə keçirib. Görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Retkliff və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak ediblər.
CNN bildirir ki, Ağ Ev rəhbərinin yaxın günlərdə milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirməsi gözlənilir.
Telekanalın məlumatına əsasən, Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlanması barədə qərar verəcəyi halda, Pentaqon bir neçə zərbə planı hazırlayıb. Hədəflər siyahısına İranın enerji obyektləri və infrastrukturunun daxil edildiyi qeyd olunur.
Vural










