media-ads-728x90
media-trump-gty-jt-250905_1757103880452_hpmain
media-ads-728x90

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib.

ERAmedia – nın məlumatına görə,  ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi “dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına” malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də “eyni aqibətlə” üzləşəcək.Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib: “Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin siyasi cəhətdən korrektəyə məcbur olduq”.

Qeyd edək ki, ABŞ Müharibə Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, 1947-1949-cu illərdə Ordu Nazirliyi, 1949-cu ildən isə ABŞ Müdafiə Nazirliyi adlandırılıb.


media-ads-728x90

Bənzər xəbərlər