media-videoedited
media-17581208594148315617_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən “PeşəFest-2025” festivalına Astara rayonunda başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ERAmedia-ya  verilən məlumata görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.

Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri Rəşad Mahmudov və Vasif Qafarov, DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev, eləcə də, ətraf rayonlardan dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DMA-nın İdarə Heyətinin sədri S. Əliyev çıxış edərək “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyerayönümlü layihə olduğunu, festivalın gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət etdiyini bildirib.

Milli Məclisin deputatları R. Mahmudov və V. Qafarov gənclərin uğurlu karyera qurmaq, müasir peşələr barədə dolğun məlumat almaq və onlarda əyani təsəvvürün formalaşması işində “PeşəFest”in xüsusi rolu olduğunu qeyd ediblər.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Qeyd edək ki, növbəti “PeşəFest” sentyabrın 19-da Biləsuvar şəhərində Heydər Əliyev parkında olacaq. Festival sentyabrın 22-də Tovuz Rayon İcra Hakimiyyətinin binasının qarşısında, 24-də Göygöldə Heydər Əliyev parkında, 29-da Ağdam rayonunda Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində, oktyabrın 1-də İmişlidə Heydər Əliyev parkında, 3-də Ağsuda Heydər Əliyev parkında, 8-də Ağdaşda Heydər Əliyev parkında, 11-də Qəbələdə Heydər Əliyev parkında, 13-də Xaçmazda Zəfər parkında, 16-da Bakıda Dənizkənarı Milli Parkda keçiriləcək.

Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil edilir.

İştirakçılar festivala qatılmaqla həmin peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər