media-trend_dunay_bedirxanov_240425

Ötən il üzrə məlumatlara əsasən, peyk məlumatlarının strateji bitkilər üzrə dəqiqlik göstəriciləri 92-99 faiz intervalındadır. Bu gün peyk məlumatları bizə torpaqda nə baş verdiyini göstərir, süni intellekt isə həmin məlumatlara əsaslanaraq sabah bizi nə gözləyəcəyini anlamağa imkan verir.

ERAmedia xəbər verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxışı zamanı deyib.

O bildirib ki, artıq 9 ildir peyk məlumatları əsasında aqrar sektorda qərarverməyə dəstək verilir.

“Həmin müddət ərzində bu yanaşma kənd təsərrüfatının idarəetmə məntiqini köklü şəkildə dəyişib. Peyk vasitəsilə artıq çox tez bir zamanda hansı sahənin əkildiyini, hansının boş qaldığını görə bilirik. Bu da torpaqdan necə istifadə olunduğunu daha yaxşı anlamağa, subsidiyaların daha şəffaf bölüşdürülməsinə və istifadə olunmayan əkin sahələrini vaxtında aşkar etməyə kömək edir. Bu aqrar idarəetmədə yeni mərhələnin başlanğıcı olub. 2019-cu ildən etibarən isə ölkəmizdə ilk dəfə olaraq bütün əkin sahələrini əhatə edən dəqiq bitki örtüyü xəritəsi hazırlanır və hər il yenilənir”, – deyə Dunay Bədirxanov əlavə edib.


media-adspc

Bənzər xəbərlər