media-1768831163_60684951_605

İranda ölkə üzrə davam edən etiraz aksiyaları fonunda tətbiq edilən internet məhdudiyyətlərinə prezident Məsud Pezeşkianın oğlu Yusuf Pezeşkian sərt münasibət bildirib.

ERAmedia xəbər verir ki, o, sosial şəbəkələrdə paylaşım edərək rəqəmsal qadağaların problemləri həll etməyəcəyini, əksinə narazılığı daha da artıracağını vurğulayıb.

“Telegram” üzərindən açıqlama verən Pezeşkian etirazları yatırmaq məqsədilə internetin məhdudlaşdırılmasının zorakılıq görüntülərinin yayılmasının qarşısını almaq niyyəti daşıdığını, lakin bunun heç bir nəticə verməyəcəyini qeyd edib. Yusuf Pezeşkian, “İnterneti bağlamaq heç nəyi həll etməyəcək, sadəcə problemi ertələmiş olacağıq”, – deyə bildirib.

O, rəqəmsal qaranlığın cəmiyyətlə hökumət arasındakı narazılıq fərqini daha da dərinləşdirəcəyini söyləyib. Məhdudiyyətlərin davam etməsinin əvvəllər razı olanların da “narazılar” siyahısına əlavə olunmasına gətirib çıxaracağını bildirib.

İranda etirazların zorakılıqla dağıdılması fonunda yanvarın 8-dən başlayan internetə çıxış məhdudiyyətləri yerli və beynəlxalq insan haqları təşkilatlarının tənqidinə səbəb olub. Qadağalar nəticəsində sosial media və informasiya axını böyük ölçüdə dayanıb, gündəlik həyat və iqtisadi fəaliyyətlərdə ciddi pozuntular yaranıb.

Pezeşkian etirazlar zamanı çəkilən görüntülərin “gec-tez” üzə çıxmasının qaçılmaz olduğunu vurğulayaraq, bu materiallarla üzləşməyin problemlərin həllində daha təsirli olacağını bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər