Pezeşkianın qızından Bakıda Azərbaycan dilində ŞEİR- VİDEO
Bu gün İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycana səfər edib.
ERAmedia “Bakı vaxtı.az” portalına istinadən xəbər verir ki, İran liderinin qızı Bakıda “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransa qatılıb.
Zəhra Pezeşkian tədbirdə çıxışını Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir bəndlə yekunlaşdırıb:
Əmməcanın bal bələlsin yeyərdim,
Sondan durub üs donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.
Həmin görüntüləri təqdim edirik:










