media-17694092773473940550_1200x630

Yol ayrıcında sağa və ya sola dönən hər bir sürücü hərəkət hissəsini keçən piyadalara, eləcə də velosiped yolu ilə keçən velosipedçilərə yol verməlidir.

ERAmedia xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, bu, sadəcə qayda deyil, insan həyatına hörmətdir.

E.Hacıyevin sözlərinə görə, profilaktik tədbir zamanı bu tələbi pozan sürücü yol polisi tərəfindən saxlanılıb, onunla maarifləndirici söhbət aparılaraq qanunvericiliyin tələbləri izah edilib:

“Bir anlıq diqqətsizlik ağır nəticələrə səbəb ola bilər. Yollarda təhlükəsiz hərəkət hər birimizin fərdi məsuliyyətidir”.


media-adspc

Bənzər xəbərlər