media-ads-728x90
media-1755256893_1
media-ads-728x90

2025-ci ilin yanvar-iyul aylarında ölkədə qanunsuz dövriyyədən ümumilikdə 4 ton 949 kq 473 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Onların bazar dəyəri təxminən 126 milyon 71 min manat təşkil edir.

ERAmedia xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5214 cinayət faktı aşkarlanıb. Onlardan 1632-si narkotik vasitələrin qanunsuz satışı, 3453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.


media-ads-728x90

Bənzər xəbərlər