media-videoedited
media-tjohntstdhdovjn039ugywvfdixj3kakaoxjzrsj_640
media-shehidler_olmez_baner_full

Sağlamdüşüncəli və yüksəkintellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

ERAmedia xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 183 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirinin qonağı olublar.

Şagirdlər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, İnformasiya Təhlükəsizliyi fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar və yataqxana ilə tanış olublar.

Qonaqlara Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə onlayn tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər