Polşa vətəndaşlarına Belarusu tərk etməyə çağırdı
Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını bütün mümkün vasitələrlə Belarusu tərk etməyə və bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb.
ERAmedia xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bildirib. “Mən istərdim ki, bu xəbərdarlıqlar mümkün qədər ciddi qəbul edilsin”, – deyə o qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Belarus Belarus-Rusiya təlimləri ilə bağlı məlumat toplayan “polşa casusu” Qrzeqorz Havelin saxlandığını elan edib. Bununla bağlı Belarus Xarici İşlər Nazirliyi Varşavaya etiraz edib.