media-pqvvrb7e81asj3wdxujj1fabcdodlk5uqk6pokjz_1200

Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.

ERAmedia Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, həmin şəxs qadının 25 min dollarını mənimsəyib. Əslən Polşadan olan Olqa Çernovska 2024-cü ildə Azərbaycana istirahət üçün gəldiyi zaman Rəşxan adlı şəxslə tanış olub. Onların arasında münasibət yaranıb. Daha sonra ölkəsinə qayıdan qadın həmin şəxsin istəyi ilə müxtəlif vaxtlarda ona pul göndərib.

 

 

“Münasibətimizin davam etdiyi bir il ərzində inamımdan sui-istifadə edərək məndən 25 min ABŞ dolları aldı. Mən Bakıda Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim. Sonra işi onun yaşadığı Sumqayıtda araşdırmaya verdilər”, – deyə zərərçəkən bildirib.

Baku TV ittiham olunan şəxslə əlaqə saxlayıb. Şəxsin açıqlaması isə belə olub:

“Mən ondan borca pul götürmüşəm. Mənimsəmək deyil axı bu. Borcla mənimsəməyin arasında kifayət qədər böyük fərq var. Mən özünə də bildirmişəm ki, bu bizim aramızda olan borcdur. Hissə-hissə qaytarıram. Mənim qohumum var, o da hazırda Polşadadır. Ona pul göndərirəm, o da orada əlbəəl verir”.

Hüquqşünas Mircavid Miriyev bildirib ki, bu cür şəxslər planlı şəkildə borc adı ilə xarici vətəndaşları aldadaraq pul istəyirlər.


media-adspc

Bənzər xəbərlər