media-8c_3

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb.

ERAmedia xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, S.Abuşovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın həşiş və marixuana aşkar edilərək götürülüb.

“O, narkotik vasitələri İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunaraq Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Abuşov barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə o qeyd edib.

Vural


media-adspc

Bənzər xəbərlər