media-videoedited
media-futbol_klubu_1757745550
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycan Premyer Liqasının V turunun son oyun günündə iki qarşılaşma keçiriləcək.

ERAmedia xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edəcək.

FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş “Liv Bona Dea Arena”da baş tutacaq. Hazırda “köhlən atlar” turnir cədvəlinin 8-ci, “qırmızı-ağlar” isə 10 xalla 3-cü pilləsində qərarlaşıb.

Günün növbəti matçında “Sumqayıt” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.

Hazırda “Sumqayıt” 4 oyundan 10 xalla 2-ci, qələbə üzünə həsrət olan “Neftçi” 3 xalla 11-ci yerdə gedir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər