Prezident Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib.
ERAmedia xəbər verir ki, paylaşımda deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.










