media-1758030762623832569_1200x630
media-bant_master

Bizim əlaqələrimiz (Birləşmiş Ərəb Əmirlikləri – red.) qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq.

ERAmedia xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə deyib.

İmzalanmış hər bir sənədin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir”.


media-adspc

Bənzər xəbərlər