Prezident bu ölkələrə yeni səfirlər təyin edib
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
ERAmedia xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu ƏcəmovAzərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, avqustun 10-u V.Sadıqov Azərbaycanın Belçikada, eyni zamanda Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılmışdı.









