media-17715128691998833838_1200x630

Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib.

ERAmedia xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış etdi.

Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənildi.

İclasın sonunda Sülh Şurasının qətnaməsi imzalandı.


media-adspc

Bənzər xəbərlər