media-cb241273-d4d6-4618-b8d6-8595328c48b8
media-bant_master

Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. 20 mindən çox şəxsə şamil ediləcək amnistiya təşəbbüsü böyük humanizm aktıdır. Bu təşəbbüs bir daha təsdiq edir ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyaya keçirilən siyasətdə humanizm prinsipləri hər zaman əsas götürülür və hər bir vətəndaşımızın hüquqlarının yaxından qorunması bu siyasətin əsas məqsədlərindədir.

ERAmedia xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat vurğulayıb ki, bu təşəbbüs on minlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında yeni səhifə açmağa imkan verəcək:

“Bu da ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha təsdiq edir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Məhz Azərbaycan Konstitusiyasının qəbulunun 30, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının 5 illiyini qeyd etdiyimiz dövrdə belə humanitar addımın atılması humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir”.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Vural həsənoğlu


media-adspc

Bənzər xəbərlər