media-videoedited
media-1759831086_img-20251007-wa0011
media-shehidler_olmez_baner_full

Misirdə 20-dən çox ölkənin liderlərinin iştirakı ilə baş tutan Yaxın Şərq Sülh Sammitinə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycan Prezidenti İlham Əliyevi dəvət etməsi ölkənin beynəlxalq diplomatiyada etibarlı tərəfdaş, sülh və təhlükəsizlik proseslərinin aktiv iştirakçısı kimi qəbul olunduğunu bir daha sübut etdi.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

O qeyd edib ki, İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı da məhz bu baxımdan mühüm tarixi hadisədir:

“Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və çoxşaxəli xarici siyasətinin məntiqi nəticəsidir. Bu, həm də ölkəmizin balanslı, müstəqil və praqmatik diplomatiyasının qlobal səviyyədə qəbul edilməsinin bariz göstəricisidir”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər