Prezident ona general rütbəsi verdi
Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
ERAmedia xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Eyni zamanda, Prezidentin digər Sərəncamı ilə Y. Əməşova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, 50 yaşlı yeni müavin bundan əvvəl Milli Məclis Aparatının rəhbərinin müavini kimi fəaliyyət göstərib.










