Prezident onu “Dostluq” ordeni ilə təltif edib
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif olunub.
ERAmedia xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə təltif edilib.









