Prezident Zelenskiyə qarşı ABŞ-Rusiya planı
Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın evində aparılan axtarışlar, korrupsiya qalmaqalı və Ukrayna ilə bağlı danışıqlar fonunda ölkə prezidentinə qarşı “yeni təzyiq səviyyəsi”ni qeydə alıb.
ERAmedia xəbər verir ki, “Bloomberg” agentliyi bu gün səhərdən Yermakın mənzilində aparılan axtarışlar bu cür şərh edir: “Bu, Prezident Vladimir Putinə böyük güzəştlər qazandırmaq və müharibəyə son qoymaq üçün yeni ABŞ-Rusiya planı ilə razılaşmayan Zelenskiyə yeni daxili təzyiqin formasıdır”.
Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) 28 noyabr səhəri evində axtarış aparılan Yermaka qarşı ittihamlar irəli sürməyə hazırlaşır.
Noyabrın 28-də səhər Ukraynanın antikorrupsiya qurumları – Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAPO) – Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermakın evində axtarışlara başlayıb.
Ural Dəyirmançı










