media-f00dd5d2-3160-43ac-a99f-0eafb9513565

Xəbər verdiyimiz kimi prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

ERAmedia xəbər verir ki, müsahibə götürən jurnalistlər arasında zahiri görkəmi ilə azərbaycanlılardan seçilən xanımın kimliyi izləyicilər arasında maraq doğurub.

Adı Nadia Cani olan jurnalist əsasən Britaniyada fəaliyyət göstərib.  9 illik təcrübəsi olan Nadia BBC News, ITV, Sky News, the Telegraph və Channel 4 News kimi nüfuzlu ingilis media şirkətlərində çalışıb.

Onu Azərbaycanda 2024-cü ildə fəaliyyətə başlayan  “AnewZ” ingilisdilli televiziya kanalı işə götürüb və hazırda ölkəmizin mediasını təmsil edir.


media-adspc

Bənzər xəbərlər