media-videoedited
media-6eb0f6522a40c7b32cdfdf6b795ea880_9046213
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

Dövlətimizin başçısı Baş nazir İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

İrakli Kobaxidze göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti əsnasında Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər