Professor Mikayıl Cəfərov vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Qeyd olunur ki, M.Cəfərov 1979-cu ildən BDU-da fəaliyyət göstərib. 1979-84-cü illərdə BDU-nun Rus dilçiliyi kafedrasında baş müəllim, 1984-2024-cü illərdə Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri olub.
Bildirilib ki, M.Cəfərov 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!










