media-basprokurorluq
media-bant_master

Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 2025-ci il aprelin 15-də elan edilmiş 27-ci müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən ERAmedia-ya verilən məlumata görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 71 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə dekabrın 4-12-də Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsi məqsədilə müsabiqə üzrə elan olunmuş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 2025-ci il 12 dekabr tarixli qərarına əsasən artırılaraq 51 ştat vahidi müəyyənləşdirilib.

Azərbaycan Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 51 namizəd 2025-ci il dekabrın 15-dən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 160) icbari təlimə cəlb ediləcəklər.

İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Prokurorluqda qulluğa qəbulla bağlı elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-77, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.


media-adspc

Bənzər xəbərlər