media-17805978013960445771_1200x630

Rusiya Prezidenti Vladimir Putin İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

ERAmedia xəbər verir ki, 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında Rusiya Prezidenti Vladimir Putin deyib: “İrana humanitar yardım göndərməyimizə kömək etdiyinə görə Prezident İlham Əliyevə çox minnətdarıq. Azərbaycan tərəfi bu məsələdə çox və səmərəli işləyib, bütün xahişlərimizə dərhal reaksiya verib və bu, həmin sahədə də vəziyyətin yumşaldılması üçün çox vacibdir”.


media-adspc

Bənzər xəbərlər