media-1764826458_2025-12-02t171119z-389173798-rc2h8iaahpg9-rtrmadp-3-ukraine-crisis-putin-witkoff
media-bant_master

“Sovet İttifaqının dağılmasını kiminsə üzərinə qoymaq doğru deyil, çünki SSRİ-nin idarəçilik modeli artıq işləmə qabiliyyətini itirmişdi”.

ERAmedia xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “India Today” telekanalına müsahibəsində bildirib.

“Günahkar və ya daha çox günahkar axtarmaq lazım deyil. Ümumilikdə sistem elə vəziyyətə gəlmişdi ki, əvvəlki kimi fəaliyyət göstərə, davamlı şəkildə yaşaya bilmirdi. Bunu qəbul etməli və nəticələrini dərk etməliyik”, – deyə Putin SSRİ-nin süqutu ilə bağlı suala cavab verib.

Putinin sözlərinə görə, əsas məsələ keçmişdə günahkar axtarmaq yox, özünü həm qorumağa, həm də inkişaf etdirməyə qadir yeni bir sistem qurmaqdır. O hesab edir ki, belə bir sistem müstəqil, öz resursları ilə ayaqda qala bilən və effektiv olmalıdır.

Xatırladaq ki, Putin daha əvvəl, oktyabr ayında, SSRİ-nin dağılmasının həmin dövrün rəhbərliyinin mövqeyi ilə bağlı olduğunu demişdi. Onun fikrincə, ölkə rəhbərliyi Qərb ölkələri ilə “ideoloji qarşıdurmadan” yayınmağa çalışırdı.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər