media-5c1d9080-d905-11ef-b3df-5b8de1cd53ce-jpg

media-elxan-sahinoglu

ABŞ Prezidenti Donald Tramp hər dəfə Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasından danışarkən rusiyalı həmkarı Vladimir Putinin bu mövzuda ona söylədiklərini bu şəkildə ifadə edir:
“Prezident Putin mənə Ermənistan və Azərbaycanla bağlı bunları dedi: İnana bilmirəm ki, siz bu müharibəni həll etdiniz. Mən 10 ildir bu münaqişəni həll etməyə çalışıram”.

ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Putin Trampın qulaqlarına xoş gəlsin deyə, həmin sözləri söyləyib.

Siyasi şərhçinin sözlərinə görə, ancaq Putin münaqişənin həlli üçün heç nə etməyib.

“O, 2000-ci ildə prezident seçilən kimi Azərbaycana rəsmi səfər etdi və mərhum dövlət başçısı Heydər Əliyevlə Bakıda geniş müzakirələr apardı. Həmin müzakirələrdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsinə də toxunulmuşdu. Buna baxmayaraq, Putin münaqişəni həll etmək üçün erməni dostu, qonşu ölkənin keçmiş prezidenti Robert Köçəryanı təsir altına almadı, əksinə, işğalın davam etməsinə şərait yaratdı”, – deyə o qeyd edib.

E.Şahinoğlu vurğulayıb ki, sadəcə, Putinin dostu Dmitri Medvedyev onun yerinə prezident kürsüsünə gətirildikdə münaqişənin həlli ilə maraqlandı, görüşlər keçirdi:

“Ancaq Medvedyev də o zamankı Ermənistan prezidenti Serj Sarkisyanı münaqişənin mərhələli həllinə razı sala bilmədi. Çünki işğalın davam etməsi Kremlin maraqlarına cavab verirdi.

Buna görə də gərək kimsə Trampa xatırlatsın ki, Putin münaqişəni ona görə həll edə bilmədi ki, Kreml Qarabağın işğalına son qoymaq istəmirdi. Əksinə, Putin İkinci Qarabağ müharibəsindən sonra az qala baş nazir Nikol Paşinyanı ittiham edirdi ki, niyə o, Qarabağı Azərbaycan ərazisi kimi tanıdı.

Əslində Azərbaycan torpaqlarının işğalı Vaşinqtonu da ciddi şəkildə narahat etmirdi. Azərbaycan Ordusu 8 avqust 2025-ci il Vaşinqton görüşünə qədər ölkənin ərazi bütövlüyünü təmin etmişdi. Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə bunu təsdiqlədi. Ancaq bu da az iş deyildi”.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər