media-tramp_putin

ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində rusiyalı həmkarı Vladimir Putin ilə İran mövzusunda apardığı telefon danışığını şərh edib.

ERAmedia xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Tramp bildirib ki, Putinlə “çox yaxşı söhbət” aparıb.

“Putin kömək etmək istəyir. Mən isə ona dedim ki, siz Ukraynadakı müharibəni dayandırmaqla daha çox kömək edə bilərsiniz”, – deyə ABŞ prezidenti qeyd edib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə Yaxın Şərqdəki vəziyyəti və Ukrayna üzrə sülh prosesini müzakirə edib.

Uşakovun sözlərinə görə, danışıq zamanı əsas diqqət İran ətrafındakı münaqişə və ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə aparılan ikitərəfli danışıqlara yönəlib.

Putin Yaxın Şərqdə vəziyyətin mümkün qədər tez siyasi-diplomatik yolla tənzimlənməsi ilə bağlı bir sıra fikirlər səsləndirib. Tramp isə öz növbəsində vəziyyəti İsraillə birgə həyata keçirilən əməliyyat kontekstində qiymətləndirib.

Onun sözlərinə görə, telefon danışığı ABŞ prezidentinin təşəbbüsü ilə baş tutub və təxminən bir saat davam edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər