media-8aefcf70-e515-11ee-860f-4b0b053e4cd0-jpg
media-bant_master

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynada müharibəni “dinc vasitələrlə” başa çatdırmaq istəyir.

ERAmedia xəbər verir ki, bu barədə Putin “İlin yekunları” adlı çıxışı zamanı danışıb. Onun açıqlamalarını Rusiya KİV-ləri yayıb.

Putinin sözlərinə görə, bu, ötən ilin iyununda Rusiya Xarici İşlər Nazirliyində səsləndirdiyi prinsiplər əsasında mümkün ola bilər.

“Hazırda biz Ukraynanın sülhə hazır olduğunu həqiqətən görmürük. Xatırlayırıq ki, hər şey nədən başladı. 2014-cü ildə Ukraynada ‘”övlət çevrilişi” ilə başladı, Minsk razılaşmalarının nəticələri əsasında bütün problemlərin dinc yolla həll ediləcəyi ilə bağlı aldadıldıq… İndi isə (Ukrayna – red.) bu münaqişəni dinc vasitələrlə başa çatdırmaqdan imtina edir”, – deyə Putin qeyd edib.

Eyni zamanda o, Kiyevdən “hər hansı dialoqa hazır olduqları” barədə siqnalların olduğunu bildiyini də vurğulayıb.

“Biz də bu münaqişəni dinc vasitələrlə başa çatdırmağa hazırıq və bunu istəyirik. Bu, ötən ilin iyununda Rusiya Xarici İşlər Nazirliyində mənim tərəfimdən səsləndirilmiş prinsiplər əsasında və bu böhrana səbəb olan əsas səbəblərin aradan qaldırılması şərti ilə mümkündür”, – deyə Putin əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər