media-ilwoowokvyu8yjxyrc34lo9hrtdfhicwl1jzbq2h_1200

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Bu barədə ERAmedia Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

“Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır”, – məlumatda qeyd olunub.


media-adspc

Bənzər xəbərlər