Qadağan olunan şeir necə nəşr olundu? – MARAQLI XATİRƏ
Azərbaycan ədəbiyyatında iz qoyan maraqlı bir xatirə yenidən gündəmə gəlib.
ERAmedia xəbər verir ki, Ş. Aydınoğlu Vahabzadə sosial şəbəkələrdə paylaşdığı qeyddə Bəxtiyar Vahabzadənin xatirələrinə istinad edərək, məşhur “Ana dili” şeirinin çap tarixçəsinin az bilinən məqamlarını diqqətə çatdırıb.
Paylaşımda qeyd olunur ki, Səməd Vurğun ağır xəstə olduğu dövrdə onu ziyarət edən gənc şairin yeni əsəri ilə maraqlanır. Həmin vaxt Yusif Səmədoğlu bildirir ki, şeir qəzetlər tərəfindən “millətçi” hesab olunduğu üçün dərc edilmir.
Şeiri diqqətlə oxuyan Səməd Vurğun gözlənilməz addım atır. O, vərəqin yuxarı hissəsinə Vladimir Leninə aid edilən məşhur fikri – “Biz Vətənimizi, millətimizi və dilimizi sevirik!” – epiqraf kimi yazır və əsərin dərhal redaksiyaya təqdim olunmasını tapşırır.
Nəticədə, ertəsi gün “Ana dili” şeiri Azərbaycan SSR-in əsas nəşrlərindən olan Kommunist qəzetinin ilk səhifəsində işıq üzü görür.
Bu hadisə bir daha göstərir ki, bəzən ədəbiyyat tarixində taleyüklü qərarlar təkcə istedadla deyil, həm də cəsarətli mövqelərlə müəyyən olunur.
Vüsalə










