media-videoedited
media-1760639569328560221_1200x630
media-shehidler_olmez_baner_full
Adil İskəndərov və çəkdiyi “Əhməd haradadır?” filmi barədə az bildiyimiz faktlar:
Adil İskəndərov çəkdiyi ilk filmində tələbələrinə rol verir. Bunlar Elxan Qasımov, Eldəniz Zeynalov, Amaliya Pənahova və digərləri idi. O, kütləvi səhnələrə də digər tələbələri çəkib. Filmdə “Saqqal Ramiz”in yataqxananın komendantını aldatmaq üçün papiros çəkə-çəkə oynamasını Səyavuş Aslan özündən əlavə etmişdi. Bu, Adil İskəndərovun xoşuna gəlir və rejissor epizoda mahnı əlavə edir. Filmdə baş rola çəkilən Səyavuş Şəfiyev və Töhfə Əzimova aktyor, aktrisa deyildilər. Adil İskəndərov onları zahiri görünüşlərinə görə çəkmişdi.
Filmin operatoru Yuli Fogelman “Şofer Əhməd” roluna rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi. Lakin vətənpərvər rejissor Adil İskəndərov buna qəti etiraz edib bu rola tələbəsi Elxan Qasımovu çəkir. Aktyor Əbdül Mahmudov: “Dedim Ədil müəllim, bəlkə filmdə Lütfəli Abdullayev və Nəcibə Məlikovanın filan jestlərini çıxaraq. Cavab verdi ki, qadam, o tamaşçılar üçün maraqlıdır, sizin üçün yox”. Adil İskəndərov çox istəyirdi ki, filmdə Ceyran roluna da azərbaycanlı aktrisanı çəksin. O bir çox aktrisaları dəvət edir. Ancaq onların ailələri buna razı olmadığından Adil İskəndərov əsəbləşib gürcü aktrisanı çəkir.
Nərgiz xala – Nəcibə Məlikova avtomobil sürməyi bacarmırdı. Buna görə də filmdə ona yük maşınını sürməyi öyrədirlər. Film bir il ərzində bütün Şərq ölkələrində nümayiş olunur və populyarlıq qazanır. “Əhməd hardadır” filmini qısa müddətdə bir neçə milyon insan izləyir.
Filmdə Bəşir Səfəroğlu sərxoş kişi rolunu elə məharətlə canlandırıb ki, hətta rejissor Adil İskəndərov ondan soruşub: “Qadam, sən araq içmisən?”

media-adspc

Bənzər xəbərlər